qanunedalet.com.az
http://qanunedalet.com.az

“Həmin güzəştlərin məhdudlaşdırılması nəzərdə tutulur”

21-11-2024, 19:11

hemin-guzestlerin-mehdudlasdirilmasi-nezerde-tutulur

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində  nəzərdə tutulan dəyişiklik həyatın yığım sığortası sahəsində sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması ilə bağlıdır. Sözügedən layihədə həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 01.01.2025-ci ildən tətbiqinin ləğvi təklif olunur”.
Bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Belə ki, özəl sektorla yanaşı, bir sıra publik hüquqi şəxslər, büdcədən maliyyələşdirilən təşkilatlarda və digər dövlət qurumlarında yüksək əməkhaqqı alan və gəlirlərinin 50 faizindən çox olmayan hissəsinə mütənasib həcmdə məcburi dövlət sosial sığortahaqlarının ödənilməməsi digər şəxslərə münasibətdə ədalətlilik prinsipinin pozulmasına və dövlətin öhdəliklərinin yerinə yetirilməsində iştirakda ayrı-seçkiliyə gətirib çıxarır.

Bununla yanaşı, həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində DSMF-nin gəlirlərinin artacağı da proqnozlaşdırılır”, - deyə A.Vəliyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930