qanunedalet.com.az
http://qanunedalet.com.az

Baş nazir jurnalistlərlə bağlı qərara dəyişiklik etdi

29-07-2024, 21:48

bas-nazir-jurnalistlerle-bagli-qerara-deyisiklik-etdi


“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Dəyişikliklə sənədə yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, akkreditə olunma üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar media subyektindən tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi media subyektinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya media subyekti tərəfindən təmin edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728