qanunedalet.com.az
http://qanunedalet.com.az

Emin Əmrullayev: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

27-06-2024, 21:49



Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, yüksək nəticə göstərənlərin daha çox dərs demələrinə çalışılacaq:

"İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlar verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728