qanunedalet.com.az
http://qanunedalet.com.az

İraq XİN Tehrandakı səfirini geri çağırıb

16-01-2024, 17:46

İraq XİN Tehrandakı səfirini geri çağırıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq ərazisindəki obyektlərə raket zərbələrindən sonra İraqın Xarici İşlər Nazirliyi Tehrandakı səfiri Nasir Əbdül Möhsünü məsləhətləşmələr üçün geri çağırıb.

Trend xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Ərbil şəhərində ABŞ hərbi bazası və hava limanına ballistik raketlər və kamikadze pilotsuz təyyarələri ilə zərbələr endirib.


SEPAH bölgədəki anti-İran terror qruplaşmalarının kəşfiyyat qərargahının məhv edildiyini açıqlayıb. Hücumlar nəticəsində azı 4 nəfər həlak olub. Məlumata görə, amerikalı hərbçilər arasında itki yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930