qanunedalet.com.az
http://qanunedalet.com.az

Moskva və Pekin Qərbin qarşıdurma siyasətini rədd ediblər

11-01-2024, 19:34

Moskva və Pekin Qərbin qarşıdurma siyasətini rədd ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun çinli həmkarı Vanq Yi çərşənbə günü telefon danışığında Qərbin bu ölkələrə qarşı “qarşıdurma siyasətini” rədd etdiklərini bir daha bəyan ediblər.

TASS agentliyi xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Qərb blokunun Rusiya və Çinə qarşı qarşıdurma siyasətinin - onların sanksiyalarının, qəsdən təxribatlarının və digər qeyri-qanuni üsulların məhdudlaşdırılması məsələləri müzakirə olunub”.

Bəyanatda bildirilir ki, Lavrov və Vanq görüş zamanı Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsi, Koreya yarımadası ətrafında və Asiya-Sakit okean regionunda vəziyyət də daxil olmaqla, beynəlxalq gündəmdəki bir sıra məsələləri müzakirə ediblər. Həmçinin Rusiya ilə Çin arasında BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRICS və digər çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı fəaliyyətin konstruktiv xarakteri qeyd olunub, Çin tərəfinin Rusiyanın BRICS-ə sədrliyinə dəstək ifadə etdiyi bildirilib.

Bəyanatda daha sonra bildirilib ki, Çin və Müstəqil Dövlətlər Birliyi arasında əlaqələrin qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər son bir ildə iki ölkə arasında aparılan ikitərəfli danışıqların əsas nəticələrini yüksək qiymətləndirib, ali siyasi səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirdiklərini bildiriblər. Ədalətli çoxqütblü dünya nizamının bərqərar olması və xüsusilə Avrasiya təhlükəsizliyinin etibarlı əsaslarının formalaşdırılması üçün Rusiya-Çin strateji qarşılıqlı fəaliyyətinin xüsusi əhəmiyyəti vurğulanıb.

Lavrov və Vanq 2023-cü ilin sonunda Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin 200 milyard dolları keçdiyini qeyd ediblər.

Bəyanatın sonunda deyilir: “Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri arasında görüş iki dövlətin dünya məsələlərinə yanaşmalarının geniş şəkildə uzlaşdığını və tərəflərin qlobal miqyasda daha sıx koordinasiyanı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728