qanunedalet.com.az
http://qanunedalet.com.az

34 İran tankeri ABŞ blokadasını yarıb

22-04-2026, 19:25

34-iran-tankeri-abs-blokadasini-yarib

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Hörmüz boğazında tətbiq edilən dəniz blokadasının ciddi uğursuzluğa düçar olduğu barədə məlumatlar yayılıb.

“Qafqazinfo” “xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Nəşr yazır ki, azı 34 İran tankeri ABŞ-nin dəniz səddini aşa bilib. Blokadanı yaran gəmilər arasında xam neft daşıyan nəhəng tankerlərin də olduğu bildirilir.

Qeyd edək ki, bundan öncə “Bloomberg” agentliyi İran ticarət gəmilərinin strateji boğazdan sərbəst keçidini Donald Trampın İranı iqtisadi cəhətdən çökdürmək cəhdlərinin iflası kimi qiymətləndirmişdi.

Xatırladaq ki, İslamabadda keçirilən sülh danışıqlarının nəticəsiz qalmasından sonra Ağ Ev Yaxın Şərqin əsas logistik arteriyasının tam bağlanacağını elan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930