qanunedalet.com.az
http://qanunedalet.com.az

“İran Hörmüzü heç vaxt bağlamayacaq” - Tramp

17-04-2026, 19:52

iran-hormuzu-hec-vaxt-baglamayacaq

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında etdiyi yeni paylaşımla İranla bağlı kritik bir razılaşmanı elan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp İranın Hörmüz boğazını tamamilə açdığını və strateji su yolundan bir daha silah kimi istifadə etməyəcəyini bildirib.
“İran Hörmüz boğazını bir daha heç vaxt bağlamamağa razılıq verdi. Bura artıq dünyaya qarşı bir silah kimi istifadə olunmayacaq!”, – deyə Prezident qeyd edib.

Qeyd edək ki, sözügedən razılaşma aprelin 11-də İslamabadda başlayan və Pakistanın vasitəçiliyi ilə keçirilən sülh danışıqlarının ən böyük nailiyyəti hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930