qanunedalet.com.az
http://qanunedalet.com.az

Paşinyana qarşı sui-qəsd planlaşdıran komandir 2 il həbs aldı

16-10-2025, 18:42

pasinyana-qarsi-sui-qesd-planlasdiran-komandir-2-il-hebs-aldi

Ermənistanda “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan qanunsuz silah saxlamaq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin şərti cəza haqqında qərarını ləğv edib.

Qeyd edək ki, A.Minasyan 2021-ci ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanması ittihamı ilə həbs edilib. O zaman Minasyanda çox sayda silah-sursat aşkar edildiyi açıqlanmışdı. Erməni komandir daha sonradan dəlil çatışmazlığı səbəbindən zaminə buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930