İstanbulda avtobus dayanacağa çırpıldı - Ölən və xəsarət alanlar var

İstanbulun Çekmeköy rayonunda avtobus dayanacağa çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Məlumata görə, qəza avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində olub.
Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 4 nəfər xəsarət alıb. Ağır yaralanan bir nəfər bütün səylərə baxmayaraq dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: