qanunedalet.com.az
http://qanunedalet.com.az

Netanyahu xalqa müraciət etdi

10-10-2025, 20:54

netanyahu-xalqa-muraciet-etdi

İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciət edərək bildirib ki, Qəzza zolağının demilitarizasiyası zəruri olarsa, bu, “sərt yolla” həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Netanyahu bütün girovların azad edilməsinə dair verdiyi vədi yerinə yetirmək üçün işlərin davam etdiyini deyib. Onun sözlərinə görə, İsrail qüvvələri hazırda HƏMAS-ı bütün istiqamətlərdən mühasirəyə alıb.
Baş nazir söyləyib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış sülh planının növbəti mərhələlərinə əsasən, HƏMAS silahsızlaşdırılacaq və Qəzza tam demilitarizasiya olunacaq:

“Əgər buna asan yolla nail olmaq mümkün olsa, çox yaxşı. Amma mümkün olmasa, buna sərt yolla nail olacağıq”.

Xatırladaq ki, İsrail və HƏMAS Misirdə Trampın planının birinci mərhələsi üzrə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930