qanunedalet.com.az
http://qanunedalet.com.az

13 yaşlı uşaq təyyarənin şassisində Hindistana uçub - İrana getmək istəyirmiş

23-09-2025, 18:41

13-yasli-usaq-teyyarenin-sassisinde-hindistana-ucub

13 yaşlı əfqan uşaq Əfqanıstanın paytaxtı Kabildən Dehliyə uçan sərnişin təyyarəsinin şassi hissəsində gizlənərək Hindistana gedib.

“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, “Kam Air” aviaşirkətinin təyyarəsində gizlənən yeniyetmə oğlan Dehli hava limanının uçuş-enmə zolağında aşkar edilib. 

Hindistanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən dindirilən uşaq əməlinin səbəbini açıqlayıb və bunu sırf maraq xatirinə etdiyini bildirib. 

Onun sözlərinə görə, İrana uçmaq istəyib, lakin təyyarənin Hindistana getdiyindən xəbərsiz olub. 

O, daha sonradan eyni reyslə Kabilə qaytarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930