qanunedalet.com.az
http://qanunedalet.com.az

Ərdoğanın Ukraynaya səfəri barədə rəsmi açıqlama

6-08-2025, 20:16

erdoganin-ukraynaya-seferi-barede-resmi-aciqlama

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri hələlik planlaşdırılmır”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Qeyd edək ki, avqustun 4-də Ərdoğanın Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Ukrayna lideri Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcəyi barədə xəbər yayılıb.

Daha sonra Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal Türkiyə liderinin Kiyevə səfəri ilə bağlı məlumatları təkzib edib. 

O qeyd edib ki, belə bir səfərin təşkili istiqamətində iş gedir, lakin hazırda təsdiqlənməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930