qanunedalet.com.az
http://qanunedalet.com.az

İranın yeni vitse-prezidenti o oldu

28-07-2024, 19:35

iranin-yeni-vitse-prezidenti-o-oldu



İranın yeni Prezidenti Məsud Pezeşkian ilk təyinatını edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, 72 yaşlı Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.

Qeyd olunub ki, Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Onu da bildirək ki, Məhəmməd Rza Arefdən əvvəl bu postu Məhəmməd Möhbər tuturdu. M. Möhbər seçkilərə qədər müvəqqəti olaraq İran Prezidenti vəzifəsini icra edib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031