qanunedalet.com.az
http://qanunedalet.com.az

78 yaşında peşə məktəbinə qəbul oldu

18-09-2025, 18:34

78-yasinda-pese-mektebine-qebul-oldu

22 iyul-13 sentyabr tarixlərini əhatə edən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb. 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, qəbul olunan tələbələrin 84%-i dövlət sifarişi əsasında, 16%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930