qanunedalet.com.az
http://qanunedalet.com.az

Milli Mətbuat – Güclü Dövlətin Güclü Səsi "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir

Dünən, 15:08

Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov vətəndaşları qəbul edəcək

22 İyul – Azərbaycan Milli Mətbuat Günü ölkəmizdə söz və fikir azadlığının, peşəkar jurnalistikanın və milli informasiya məkanının inkişafını simvolizə edən əlamətdar tarixdir. Bu əziz gündə cəmiyyətin düzgün, operativ və obyektiv informasiya ilə təmin olunması naminə çalışan bütün media nümayəndələri dərin ehtiramla yad edilir, onların məsuliyyətli fəaliyyəti yüksək qiymətləndirilir.
"Əkinçi" qəzetinin nəşri ilə təməli qoyulan Azərbaycan milli mətbuatı bu gün müasir texnologiyaların imkanlarından istifadə edərək dövlətçilik dəyərlərinin qorunması, milli maraqların müdafiəsi, ictimai maarifləndirmə və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm missiya yerinə yetirir. Xüsusilə informasiya təhlükəsizliyinin ön plana çıxdığı müasir dövrdə peşəkar jurnalistikanın rolu daha da artır.
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun rəhbərliyi ilə ölkənin elektrik şəbəkəsinin müasirləşdirilməsi, dayanıqlı və etibarlı enerji təchizatının təmin olunması, regionlarda yeni infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür. O, 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərişıq" ASC-nin sədri təyin olunub və qurumun fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində çalışır.
Enerji sektoru ilə media arasında sağlam əməkdaşlıq cəmiyyətin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Elektrik təsərrüfatında həyata keçirilən yeniliklərin, yeni layihələrin və xidmətlərin ictimaiyyətə operativ çatdırılmasında jurnalistlərin əməyi xüsusi qiymətləndirilir.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, redaksiya kollektivlərini, media rəhbərlərini və informasiya sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində uğurlar, daim doğru sözün və obyektivliyin keşiyində dayanmağı arzulayırıq.
Qoy Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin inkişafına, xalqımızın rifahına və milli həmrəyliyimizin möhkəmlənməsinə dəyərli töhfələr verməyə davam etsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031