Milli mətbuat – cəmiyyətin aynası və inkişafın aparıcı qüvvəsidir

Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə ölkəmizin bütün media nümayəndələrini, jurnalistləri, redaktorları və qələm sahiblərini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
Göyçay-Çörək ASC-nin direktoru Fikrət İsmayılov Milli Mətbuat Gününün cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan əlamətdar tarix olduğunu vurğulayaraq bildirir ki, Azərbaycan mətbuatı yarandığı gündən bu günə qədər xalqın maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, dövlətçilik ideyalarının təbliğində və ictimai rəyin formalaşmasında mühüm rol oynayıb. Müasir dövrdə isə media operativ, obyektiv və peşəkar fəaliyyəti ilə dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsü rolunu uğurla yerinə yetirir.
Fikrət İsmayılov qeyd edir ki, milli mətbuatın inkişafı ölkədə həyata keçirilən genişmiqyaslı islahatların, şəffaflığın və açıq informasiya mühitinin formalaşmasının vacib amillərindən biridir. Jurnalistlərin cəmiyyət qarşısındakı məsuliyyətli fəaliyyəti, həqiqətin müdafiəsi və düzgün informasiya siyasəti hər zaman yüksək qiymətləndirilməlidir.
O vurğulayır ki, bu gün Azərbaycan mediası müasir texnologiyaların imkanlarından istifadə etməklə ölkənin uğurlarını dünya ictimaiyyətinə çatdırır, milli maraqların qorunmasına və həqiqətlərimizin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfələr verir. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə media nümayəndələrinin peşəkarlığı və vətənpərvərliyi cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Göyçay-Çörək ASC-nin kollektivi adından Fikrət İsmayılov bütün media mənsublarına möhkəm cansağlığı, yaradıcılıq uğurları, yeni nailiyyətlər və tükənməz enerji arzulayır. O, əmin olduğunu bildirir ki, Azərbaycan mətbuatı bundan sonra da dövlətimizin inkişafına, milli həmrəyliyin möhkəmlənməsinə və cəmiyyətimizin tərəqqisinə layiqli töhfələr verməyə davam edəcək.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq zirvələri və daim qələmlərinin iti olmasını arzulayırıq. Bayramınız mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: