
Azərbaycanın əksər rayonlarında ölkənin əsas təbii sərvətlərindən olan meşələrə divan tutulur. Bu problemlər əsasən ucqar rayonlarda müşahidə olunur. Redaksiyamıza verilən məlumata görə, digər rayonlar kimi Masallı meşələri də amansızcasına məhv edilir. Rayonun təbii sərvəti olan meşələrə qarşı “yaşıl soyqırım”ı isə başqaları deyil, məhz 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov həyata keçirir. Məlumatda bildirilir ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov meşələri özünün əsas biznes sahəsinə çevirib. Bu neçə ildə Masallı və Cəlilabad rayon meşələrində aparılan meşə soyqırımı meşələrin məhv olmasına gətirib çıxarıb. Bu hələ azmış kimi indi də Nəsimi müəllim meşə fondu torpaqları üzərindən yeni "biznes növü kəşf" edib.Belə ki,Masallı meşəbəyliyi, dolay 18, kv 10, bölmə 7 ərazisində Meşə fondu ərazisindəki torpaqlar ev tikintisi üçün qanunsuz olaraq satılıb.




Daxil olmuş məlumatda bildirilir ki, 2024 dekabr və yanvar aylarında Masallı rayonun Meşəkənarı kəndində,Meşə fondu ərazisindəki torpaqda qanunsuz olaraq bir neçə ev tikilib.Təbii ki,ev tikintisi bir neçə aya başa gəlir.Bu müddət ərsində Nəsimi Nəsibovun bu tikintiləri görməzdən gəlməsi,aidiyyatı qurumları və hüquq-mühafizə orqanlarını məlumatlandırmaması özü-özlüyündə müəyyən şübhələrə yol açır.2-3 aya aparılan ev tikintisindən Nəsimi Nəsibov nə əcəb xəbər tutmayıb.
P.S:
Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub.Təqdim etdiyimiz bu fotoşəkillər Masallı meşələrindəki özbaşınalığın cüzi bir hissəsidir. Həmin görüntilərdən də aydın olur ki, Masallı meşələrində vəziyyət dogrudan da cox acınacaqlıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR