qanunedalet.com.az
http://qanunedalet.com.az

TƏBRİK EDİRİK CƏNAB PREZİDENT!

20-12-2024, 20:18

Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür. » AzadSəs

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev!
Sizi -Qalib xalqın qalib liderini 24 dekabr dünyaya gəlişinizin 63-cü ili və qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə Azərbaycan bütün sahələrdə dinamik inkişaf nümayiş etdirir, ölkədə iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanılmışdır. Respublika daxilindəki millətlərarası və dinlərarası həmrəylik digər dövlətlər üçün bir nümunədir. Azərbaycanın inkişafı, dünya miqyasında nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi istiqamətində gördüyünüz məqsədyönlü işlərə, həmçinin dünyada fəaliyyət göstərən təşkilatlara və ölkələr arasında münasibətlərin inkişafına göstərdiyiniz diqqətə görə sizə təşəkkürümüzü bildiririk.
Sizə ali,dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirik.
Siz, Azərbaycan dövlətinə, xalqına qələbə yaşatdınız, bir daha Azərbaycan Respublikasını dünyaya tanıtdınız. Tarixi torpaqlarımızı geri qaytardınız, Azərbaycan xalqı, bütün sizi sevərlər bunun üçün bir ömür boyu minnətdar olacaqdır.
Əminik ki, Sizin peşəkarlığınız, məqsədyönlülüyünüz və qətiyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının inkişaf etməsinə, qüdrətlənməsinə, nüfuzunun durmadan yüksəlməsinə kömək olacaq.
Cənab İlham Əliyev!
Sizi -bir daha şərəfli ömrünüzün 63 ili və qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirik.

İmran Qurbanov

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728